Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
4588
06.02.2025, 18:35
Suriya Prezidenti Əhməd əş-Şara ikinci rəsmi səfəri çərçivəsində Türkiyəyə gəldi. Onun ilk rəsmi səfərini gözlənildiyi kimi Türkiyəyə yox, Səudiyyə Ərəbistanına etməsi məqsədi və niyyəti haqda informasiya verir.
Şaranın əvvəlcə Səudiyyəyə getməsi Ankaranı narahat etmədi. Türkiyə başa düşür ki, Suriya həm vətəndaş müharibəsi, həm də kənar təsirlər nəticəsində dağılıb. İqtisadiyyat bərbad vəziyyətdədir, infrastruktura ciddi ziyan dəyib, ölkədə işsizlik problemləri var.
Əhməd əş-Şara hakimiyyətini gücləndirmək istəyirsə, ilk növbədə Suriyanı yenidən qurmalı, iqtisadiyyatı nizama salmalıdır. Bunun üçün isə xarici investisiyaya ehtiyac var. Onun ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına etməsi məhz bununla bağlıdır.
Suriya Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt kimi zəngin ərəb ölkələrinin xarici sərmayəsinə ehtiyac duyur. Həm ölkənin bərpası, həm də iqtisadiyyatın normallaşması üçün bu, həyati əhəmiyyət kəsb edir. Ankara da Suriyaya yardım edəcək, amma məsələnin investisiya tərəfini ərəb ölkələri həll edə bilər.
Suriyanın xarici investisiyaya ehtiyacı olduğu kimi, Türkiyəyə də ehtiyacı var. Aydın məsələdir ki, Əhməd əş-Şara hakimiyyətini Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana borcludur. Əsəd devrilsə də, Suriya xarici təhdidlərə açıqdır. Bundan başqa, ölkə daxilində hələ də sabitlik tam təmin edilməyib. Türkiyə dəstəyi olmasa, Şaraya qarşı mübarizə başlaya bilər. Təsadüfi deyil ki, o, Ankarada Prezident Ərdoğanla keçirdiyi mətbuat konfransı zamanı deyib ki, Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir.
Əsəddən sonra Suriyanın xarici siyasətini böyük ölçüdə Türkiyə formalaşdırır. Məsələn, Suriya Rusiya ilə müəyyən məsələlərdə razılığa gəlsə də, İranla bağlı bunu demək çətindir. Əhməd əş-Şaranın “İran silahlı qüvvələrinin Suriyadakı varlığı bütün regionu təhdid edən strateji təhlükə idi” sözləri də bunu təsdiq edir.
Türkiyə Əsəd dövründə olduğu kimi, Suriya ilə yenidən qarşı-qarşıya gəlmək və bu ölkəni xarici təsirlərdən qorumaq üçün dəstəyini artırmaq niyyətindədir. Bunu Ərdoğanla Şara arasında Ankarada baş tutan görüşdə müzakirə edilən məsələlər də təsdiq edir:
Suriyanın hər bir vilayətinin yenidən qurulması ilə bağlı geniş hesabat hazırlanacaq;
Dəniz nəqliyyatı, limanların yenidən qurulması və istismarı, kontinental şelf üzrə də razılaşmalar əldə olunub;
Həmçinin oxuyun
Hərbi və mülki şəxsi heyətin hazırlığı PKK-nın işğal zonası, Xüms və Aralıq dənizi istiqamətində, Latakiya-Tartusda Türkiyə bazalarının yaradılması ilə paralel olaraq həyata keçiriləcək;
Mobil rabitə infrastrukturu Türkiyə şirkətləri və dövlət qurumları tərəfindən dəstəklənəcək;
Türkiyədən Dəməşqə gedən dəmir yolu bərpa
olunacaq;
Hatay-Mersin-Latakiya-Tartus dəniz limanı
dəhlizi xüsusi statusla işə salınacaq;
İŞİD-ə qarşı əməliyyat çox yaxında başlaya bilər. Bu çərçivədə Suriya hava məkanı rəsmi olaraq Türkiyə hərbi təyyarələri və PUA-larına açılacaq.
Hazırkı mərhələyə qədər Suriyada işlər Türkiyə üçün yaxşı gedir, amma Ankaranın maraqlarına risk təşkil edən olaylar da cərəyan edir. Söhbət İsrailin hərbi mövqelərini yaxşılaşdırması və Suriyada YPG, PKK, PYD-nin dövlətləşməsinin önünün açılmasından gedir. Ankaranın bu istiqamətdə atacağı addımlar maraqla gözlənilir.
Müəllif: Politoloq Turan Rzayev
19:15 / 15 Dekabr 2025
18
18:43 / 15 Dekabr 2025
243
18:36 / 15 Dekabr 2025
31
17:51 / 15 Dekabr 2025
48
17:37 / 15 Dekabr 2025
611
17:14 / 15 Dekabr 2025
70
17:08 / 15 Dekabr 2025
63
16:59 / 15 Dekabr 2025
159
16:49 / 15 Dekabr 2025
591
16:40 / 15 Dekabr 2025
131
16:26 / 15 Dekabr 2025
126
16:16 / 15 Dekabr 2025
100
15:55 / 15 Dekabr 2025
189
15:45 / 15 Dekabr 2025
492
15:20 / 15 Dekabr 2025
665
15:17 / 15 Dekabr 2025
120
15:00 / 15 Dekabr 2025
575
14:53 / 15 Dekabr 2025
2054
14:48 / 15 Dekabr 2025
88
14:39 / 15 Dekabr 2025
93
14:19 / 15 Dekabr 2025
565
14:13 / 15 Dekabr 2025
303
14:11 / 15 Dekabr 2025
96
13:00 / 15 Dekabr 2025
844
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.